Bu gün Qafqaz Universitetində türk tünyasının qəhrəman oglu, Azərbaycan bayrağı ordenli kəşfiyyatçı- döyüşçü İbad Hüseynli ilə tələbə gənclər arasında gorüş keçirilib.
Teleqraf.com-un xəbərinə görə, göruşdə millət vəkili, YAP beynəlxalq əlaqələr komissiyasının katibi, professor Elman Nəsirov, Beynəlxalq məsələlərin araşdırılması mərkəzinin rəhbəri, politoloq Rufiz Qonaqov, Azərbaycan bayrağı ordenli kəşfiyyatçı-döyüşçü İbad Hüseynli iştirak ediblər.
Öncə çıxış edən Qafqaz Universitetinin prorektoru Cihan Bulud bildirib ki, İbad Hüseynli tək Azərbaycanın deyil, bütün türk xalqlarının qəhrəmanıdır və belə bir qəhrəmanı, yaşayan şahid və şəhidi yaxından görməsi, tanıması gənclər üçün böyük xoşbəxtlikdir: "Azərbaycan tarixən qəhrəman oğulları ilə qürur duyub. Bu gün də müasirlərimiz İbad Hüseynli kimi qəhrəmanla qürur duyur, fəxr edir".
Sonra millət vəkili Elman Nəsirli, beynəlxalq məsələlərin araşdırılması mərkəzinin rəhbəri, politoloq Rufiz Qonağov, "Atilla" jurnalının baş redaktoru Gulşən Behbud çıxış edərək İbad Hüseynlinin keçdiyi həyat və döyüş yolunu gənclərin diqqətinə catdırıblar. Qeyd olunub ki, gənclərimiz məhz belə qəhrəmanları özləri üçün örnək seçməli və torpaqlarımızın işğaldan azad olması üçün mütləq Vətəni sevməlidirlər. Bunun üçün isə gənclərə mütəmadi vəətnpərvərlik ruhu aşılanmalıdır. Bu baxımdan gənclərin gerçək qəhrəmanların, o cümlədən DQ münaqişəsində saglamlığını, canını qurban verən igidlərimizin həyat və fəaliyyətləri ilə yaxından tanış olmaları və bu kimi görüşlərin keçirilməsi də mühüm əhəmiyyətə malikdir.