Dekabrın 22-də İran İslam Respublikasının Təbriz şəhərində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, İran İslam Respublikasının Dəmir Yolunun baş direktoru Mohsen Purseyid Ağayi, Gürcüstan Dəmir Yolları SC-nin baş direktoru Mamuka Baxtadze arasında üçtərəfli görüş keçirilib.
“Azərbaycan Dəmir Yolları" QSC Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Trend-ə verditi məlumata görə, görüşüdə üç dövlətin tranzit potensialını artıraraq, Qara dəniz hövzəsindən, Gürcüstan dəniz limanları vasitəsi ilə tranzit yüklərin Gürcüstan və Azərbaycan üzərindən Fars körfəzinə catdırılması perspektivləri müzakirə olunub. İran İslam Respublikasının getdikcə artan ticarət dövriyyəsi, qeyd olunan nəqliyyat dəhlizin daha əlverişli olması da görüşün əsas müzakirə olunan mövzularından olub.
İclasın yekununda dəmir yolların rəhbərləri üçtərəfli əməkdaşlığı təsdiq edən Protokolu imzalanıb.