23 Dekabr 2015 22:33
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) nəzdində fəaliyyət göstərən "InClub"un təşkil etdiyi intellektual yarışmanın qalibləri müküfatlandırılıb.

BDU THİK İctimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, tədbirdə təçkilatın sədri Daşqın Qənbərov, "InClub"un idarə heyəti və rəhbəri Nəcməddin Sofıyev, komandalar iştirak edib. Daşqın Qənbərov intellektual yarışmaların keçirilməsini THİK-in qarşısında duran mühüm vəzifələrdən biri olduğunu bildirib. Onun fikrincə, bu tip yarışmalar mütəmadi keçirilməli və tələbələri intellekt şousuna cəlb etməlidir.

Nəcməddin Sofıyev qalib komandaları təbrik edərək gələcək planlardan danışıb. O qeyd edib ki, "InClub"ın təşkil etdiyi intellekt marafonuna azərbaycan bölməsi üzrə 32, rus bölməsi üzrə isə 16 komanda qoşulub.
Nəticələrə əsasən, Azərbaycan bölməsi üzrə 1-ci yeri "X-12", 2-ci yeri "Griffindor", 3-cü yeri isə "Edemma" komandaları qazanıb. Rus bölməsi üzrə 1-ci yerdə "EcoFack", 2-ci yerdə "Elita", 3-cü yerdə isə "Geofaktorial" komandaları qərarlaşıb.

Sonda qaliblərə diplom, medallar və dəyərli hədiyyələr təqdim olunub.


Müəllif: