23 Dekabr 2015 18:11
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) həlak olan və itkin düşən neftçilərin ailələrinə maddi yardım göstərib.

Konfederasiyadan Teleqraf.com-a verilən məlumata görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsi "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olmuş, itkin düşmüş və xilas olunan neftçilərə birdəfəlik maddi yardım verilməsi barədə qərar qəbul edib.

Qəbul edilmiş qərara müvafiq olaraq, qəza nəticəsində "Günəşli" yatağında həlak olan 7 nəfərin və itkin düşən 23 nəfərin, "Neft Daşları"nda itkin düşən 3 nəfərin hər birinin ailəsinə 1000 manat, xilas olan 33 nəfər neftçinin hər birinə isə 500 manat, ümumilikdə isə 49 500 manat məbləğində birdəfəlik maddi yardım göstərilib.


Müəllif:

Oxşar xəbərlər