Son 10 ildə 100 min hektardan çox yeni meşələr salınıb, ağac əkilib. Bu artım sürətli qazlaşma hesabına əldə edilib.
Teleqraf.com xəbər verir ki, bu sözləri ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib.
Nazir bildirib ki, aparılan təhlillər bu il meşələrin sahəsinin 0,4 faiz artımla 11,8 faizə gəlib çatdığını göstərir:
“2015-ci ilin əvvəllərində peykdən əldə edilən şəkillərdən bir daha buna əmin olduq. Ümid edirik ki, qısa zamanda meşə örtüyü əraziləri 12 faizə çatdırılacaq. Qazlaşdırılma olmasa idi, 15 min əhalisi olan kəndlərdə insanlar meşədəki ağacları qırardılar. Etiraf edirəm ki, bu zamanda bizim mübarizəmiz də nəticəsiz qalardı. Qazlaşma aparılan tədbirlərin effektli olmasına kömək etdi”.
İlhamə