25 Dekabr 2015 10:16
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda ünvanlı sosial yardım təyin olunan ailələrin sayı azalmaqda davam edir.

Teleqraf.com-un məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində deyib.

O, qeyd edib ki, görülən tədbirlər ünvanlı yardım təyin olunan ailələrin sayının 2014-cü ildə əvvəlki illə müqayisədə 35,5 faiz, 2015-ci ilin birinci yarısında 20 faiz azalmasına səbəb olub: "Bu azalma prosesi davam edir və son bir ayda, yəni noyabr ayında bu yardımı alanların sayı əvvəlki oktyabr ayı ilə müqayisədə 4,3 minə yaxın ailə (3,8 faiz) azalaraq 108 094-ə, ailə üzvlərinin sayı isə 20 min nəfərə yaxın (4,1 faiz) azalaraq 466 131 nəfərə enib".

Nazir əlavə edib ki, bu gün ünvanlı sosial yardım alan ailələrin 30 442-si (28,1 faiz) tərkibində üç və daha çox uşağı olan, 9152-si məcburi köçkün ailələridir: "Yardımla təmin olunan ailə üzvlərinin 32 762 nəfəri əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlardır. Ümumilikdə yardım ödənilən ailələrdəki ailə üzvlərinin 47,6 faizini və ya 222 min nəfərdən çoxunu uşaqlar, o cümlədən 5441 nəfərini 1 yaşadək uşaqlar təşkil edir".

S.Müslümovun sözlərinə görə, ünvanlı sosial yardım alan ailələrin sayının azalmasına baxmayaraq, yardımın məbləği artmaqda davam edir: "Ötən ay həmin yardımların hər ailəyə ödənilən orta aylıq məbləği keçən ilin müvafiq dövrü ilə müqayisədə 15 faizədək artaraq 153,22 manat olub".


Müəllif:

Oxşar xəbərlər