26 Dekabr 2015 14:29
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il iyun ayından sonra nikaha daxil olmaq istəyən 5500 nəfərdə talassemiya daşıyıcısı, 53 nəfərdə QİCS, 320 nəfərdə sifilis xəstəliyi aşkar edilib.


Səhiyyə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, iyun ayının 1-dən artıq 82 minə yaxın insanın qan nümunəsi müayinə olunub. Onların arasında 5500 nəfər talassemiya daşıyıcısı, 53 nəfərdə QİCS, 320 nəfərdə sifilis xəstəliyi aşkar edilib. Müayinə olunanların arasında 40 cütlük aşkar edilib.

Onlara lazımı tibbi-genetik məsləhətlər və sonrakı müayinələr haqqında ətraflı məlumat verilib.

Talassemiya daşıyıcısı olan evlənmiş cütlüklərdən birində, hamilə qadından Azərbaycanda ilk dəfə bətn daxili diaqnostika məqsədilə punktat götürülüb müayinəyə göndərilib.


Müəllif:

Oxşar xəbərlər