27 Dekabr 2015 09:59
1 253
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçayda 3 nəfərin ölümü, 5 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə 21 də Bakı-Şamaxı yolunun 190-cı kilometrliyində, Göyçay rayonun Qaraəryəm kəndi ərazisində baş verib.

“Mercedes” (10 UG 540) və VAZ 21015 (90 XL 615) markalı avtomobillər toqquşub. Hadisə zamanı 3 nəfər dünyasını dəyişib 5 nəfər ağır xəsarət alıb.

Məlumata görə, toy karvanında olan “Mercedes” əks istiqamətli hərəkət zolağına çıxaraq, qarşıdan gələn “VAZ 21015”-lə toqquşub.

Yaralılar Göyçay Mərəzi Xəstəxanasına yerləşdirilib.

Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır. //APA


Müəllif: