Bakının Nərimanov rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun F.X.Xoyski küçəsi, ev 222-də qeydə alınıb.
Həmin ünvanda yaşayan H. M. Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, evindən oğurluq edilməsi barədə məlumat verib. O, bildirib ki, eyni ünvanda yaşayan Rəşad adlı tanışı pul kisəsindən 100 manat oğurlayıb və evdən qaçıb.
Bildirilir ki, Rəşad adlı şəxslə H. M.-ovanın arasında qeyri-rəsmi münasibətləri olub. Onların sevgili olduğu bildirilir.
Oğurluq hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsində araşdırma aparılır.
Hacı Zeynalov