28 Dekabr 2015 13:19
398

Bakıda maraqlı bir veloyürüş təşkil edilib.

Azərbaycan Velosiped İdmanı Federasiyası və həvəskarlardan ibarət "Cyclemania" velosiped klubunun təşkilatçılığı ilə paytaxt küçələrində Santa-Klausların veloyürüşü keçirilib.

Federasiyadan Teleqraf.com-a verilən məlumata görə, Dövlət Bayrağı Meydanından start götürən yürüşdə 100-ə yaxın həvəskar və peşəkar velosipedçi iştirak edib.

Yürüş paytaxt sakinləri tərəfindən böyük maraqla qarşılanıb.


Müəllif: