Rabitə müəssisələri və telekommunikasiya operatorları bayram günlərində fasiləsiz işləyəcək.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, nazirlik 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə əhaliyə göstərilən telekommunikasiya xidmətlərinin yüksək səviyyədə təmin edilməsinə dair rabitə müəssisələri, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verib.
Bayram günlərində məsul növbətçilər təşkil edilməklə, bütün telekommunikasiya xidmətlərinin fasiləsiz işinin təmin edilməsi, eyni zamanda abunəçilərin rahatlığı üçün bir sıra əlavə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
İlhamə