“Ailə” Sosial Araşdırmalar İctimai Birliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə icra etdiyi “Quba rayonunda Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi” layihəsinin icrasını uğurla başa vurmaq üzrədir.
Layihə 01 aprel-31 dekabr 2015-ci il tarixlərində icra edilib.
Layihənin icrası çərçivəsində sosial ehtiyaclı və dövlət uşaq müəssisələrinə düşmə riski olan 3-12 yaşlı 30 uşaq seçilmiş və onlara davamlı sosial, psixoloji, pedaqoji, tibbi və digər xidmətlər göstərilib. Seçilmiş uşaqlarla yanaşı onların ailələri ilə də davamlı iş aparılıb. Quba rayonunda ilk dəfə belə Mərkəzin yaradılması rayonda aşağıdakı qrupdan olan ailələrin uşaqları üçün kompleks xidmətlərin göstərilməsinə imkan yaradıb:
* tək valideynli (qəyyumu, himayəçisi olan) və iki və daha çox uşağı olan ailələrin uşaqları;
* hər iki valideynini itirmiş və genişlənmiş ailənin (əmək qabiliyyətli yaşda olan nənə, baba, əmi, bibi, dayı, xala, yetkinlik yaşına çatmış bacı və ya qardaş) himayəsində olan uşaqlar;
* birinin əlilliyi və ya xəstəliyi olan, digərinin (və ya hər iki valideyninin) isə daimi iş yerinin olmaması səbəbindən günün çox hissəsini (12-14 saat) günəmuzd qaydada işləyən valideynlərin uşaqları;
* inteqrativ təhsilə cəlb oluna bilən sağlamlıq imkanları məhdud uşaqlar;
Layihənin icrası Azərbaycan Respublikasının qoşulduğu müvafiq beynəlxalq sənədlər BMT-nin “Uşaq hüquqları haqqında” və ”Əlillərin hüquqları haqqında” Konvensiyaları, eləcə də “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının qanunu, “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institutsionalizasiya) və alternativ qayğlı” Programı (2006-2015) xüsusilə uşaqların ailə mühitindən ayrı qalmalarının və onların inkişafına mənfi təsir göstərən, habelə sosial təcridolmaya gətirib çıxaran internat tipli müəssisələrə düşmələrinin qarşısının alınması və yaxud hal-hazırda müəssisələrdə olan uşaqların öz bioloji və ya genişləndirilmiş ailələrinə inteqrasiyası məqsədi ilə keyfiyyətli sosial xidmətlərin təmin edilməsi sahəsində Qubada səmərəli nəticələrin əldə olunmasına imkan yaradıb.
Mərkəzin fəaliyyətinə cəlb olunmuş uşaqların asudə vaxtının mənalı təşkili üçün müxtəlif tədbirlər təşkil edilib. Tədbirlər zamanı uşaqlar üçün şəhər gəzintisi, uşaq istirahət mərkəzində əylənmək, istirahət parklarında oynamq, intelektual və interaktiv oyunlarda iştirak etmək, qrup işlərində iştirak etmək imkanı əldə ediblər.
Uşaqların musiqi bacarıqlarının inkişafı üçün musiqi dərslərində rayon musiqi məktəbinin müəllimlərinin iştirakı ilə qrup məşğələləri aparılıb.
Mərkəzin fəaliyyətinə cəlb olunmuş uşaqların və ailələrin sosial problemlərinin həlli üçün sosial işçi tərəfindən Fərdi İnkişaf Planına uyğun olaraq tədbirlər görülüb. Psixoloq tərəfindən ailələrə və uşaqlara psixoloji dəstək göstərilmiş və psixoloji testlər keçirilib. Uşaqlar mütamadi tibbi müayinədən keçirilmiş və onlar arasında sağlam həyat tərzi ilə bağlı maarifləndirmə işi aparılıb.
Dekabr 27-də Günərzi Qayğı Mərkəzinin uşaqları və ailələri üçün Yeni il münasibəti ilə Bayram tədbiri keçirilib. Tədbirdə uşaqlar üçün əyləncə imkanları yaradılmış və onlar öz musiqi bacarıqlarını nümayiş etdirilib.
Layihənin icrası və layihə çərçivəsində Günərzi Qayğı Mərkəzinin yaradılması Quba rayonunda uşaqlar və onların ailələri üçün yeni imkanlar yaradılıb.
İlhamə