28 Dekabr 2015 18:00
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Beynəlxalq Avtovağzal Kompleksi yanvarın 5-dək gücləndirilmiş iş rejmində işləyəcək.

Bu barədə Avtovağzalın növbə rəisi Məhəmməd Abdullayev məlumat verib.

M.Abdullayev bildirib ki, adi günlərdə 300-350 nəqliyyat vasitəsilə 7 500 - 8 500 sərnişin daşınırdısa, bayram ərəfəsində 600-750 nəqliyyat vasitəsilə 16-17 min sərnişin yola salınacaq.

"Bakı Beynəlxalq Avtovağzal Kompleksi 10 gün əvvəlcədən həm onlayn, həm kassalarında bilet satışı həyata keçirməyə başlayıb. Bundan başqa, 250-dən yuxarı nəqliyyat vasitəsi əlavə olaraq reysə buraxılacaq", - deyə M.Abdullayev qeyd edib.

Növbə rəisi əlavə edib ki, biletlərin qiymətinin süni şəkildə artırılmasının qarşısını almaq məqsədilə 11 nəfərdən ibarət Qiymət Nəzarət Komissiyası fəaliyyət göstərəcək. Hər hansı bir nöqsan ortaya çıxacağı halda, həmin sürücü reysdən uzaqlaşdırılacaq. Dekabrın 29-31-nə olan reyslərə biletlərin artıq satıldığını bildirən N.Abdullayev sərnişinlərin daha çox qərb bölgələri istiqamətində səfər etdiklərini açıqlayıb.


Müəllif:

Oxşar xəbərlər