29 Dekabr 2015 10:49
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Dövlət Universitetinin (BDU) əməkdaşı vəfat edib.

Report-un xəbərinə görə, BDU-nun Şərqşünaslıq fakültəsinin Türk filologiyası kafedrasının müəllimi Fərəh Həsənova dünyasını dəyişib. 43 yaşlı müəllim qəfildən ölüb.


Qeyd edək ki, Fərəh Həsənova 1972-ci il yanvarın 27-də Bakıda anadan olub. 1979-1989-cu illərdə Bakı şəhər 158 saylı orta məktəbdə oxuyub. 1989-1994-cü illərdə BDU-nin Şərqşünaslıq fakültəsinin türk şöbəsində təhsil alıb. 1997-ci ildən ömrünün sonuna qədər BDU-nin Şərqşünaslıq fakültəsinin Türk filologiyası kafedrasının müəllimi olub.

F.Həsənova Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı, BDU-nun İran filologiyası kafedrasının dosenti Əsmətxanım Məmmədovanın qızıdır.

Allah rəhmət eləsin!


Müəllif: