“Baku Bus” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) avtobusları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar dekabrın 31-dən yanvarın 1-nə keçən gecə saat 02:00-a qədər işləyəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova xəbər verib.
O bildirib ki, həmin gün sürücülərin iş saatı artırılıb. Əgər sərnişin sıxlığı həddən artıq olarsa, MMC-nin sürücüləri hətta gecə saat 3-ə qədər işləyəcəklər.