29 Dekabr 2015 15:29
488
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisdə "Lisenziyalar və icazələr haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

Teleqraf.com xəbər verir ki, komitə sədri Ziya Səmədzadə bildirib ki, qanun layihəsi ölkədə iqtisadiyyatın inkişafı ilə bağlıdır: "Layihə müvafiq nazirliklərin nümayəndələri ilə müzakirə edilib. Eyni zamanda cənab prezidentin bununla bağlı qərarları olub. Qanunda lisenziya və icazələrin prinsiplərin, onu verən orqanların, habelə inların məsuliyyətini tənzimlənir. Qanun qəbul edildikdən sonra müxtəlif qanunlara dəyişikliklər nəzərdə tutur".

Qeyd edək ki, bu qanun lisenziya və icazələrin verilməsi prosedurasını sadələşdirir. Layihənin müsbət cəhəti odur ki, elektron lisenziya portalı yaradılacaq. Ziya Səmədzadə deyib ki, qanunun qəbulu ilə bürokratik əngəllər aradan qaldırılacaq. Bizim komitə hesab edir ki, bu qanunun qəbuluna ehtiyac var: "Cənab prezident bu sahəni xüsusi diqqətə götürüb".

Oqtay Əsədov bildirib ki, layihə üç oxunuşdan keçəcək. Hələlik bu birinci oxunuşdur. Xahiş edirəm ki, təklifləriniz konseptual olsun.

Deputat Zahid Oruc isə deyib ki, iqtisadiyyat nəfəs alacaq: "Bunun asanlaşdırılması müsbət addımdır".

Hazırda müzakirələr davam edir.

Nemət


Müəllif:

Oxşar xəbərlər