29 Dekabr 2015 18:53
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan hökmdarları: Səfəvilər" kitabının təqdimatı olub.

Teleqraf.com-un məlumatına görə, kitabın təqdimatı zamanı “Oğuz” Müstəqil Araşdırmalar Qrupunun rəhbəri Vüqar Zifəroğlu və Ceyhun Bayramlının müəllifi olduğu kitab Azərbaycan Səfəvilər dövləti, onun hökmdarları, qazandığı qələbələr barədə məlumat veriblər.

Qeyd edilib ki, bu dövlət sırf Azərbaycan xalqına məxsus olmuş, ölkəmizin ərazisində yaranıb, dövlətin idarəedilməsi buradan həyata keçirilib:

“Səfəvilərə “iranlılıq” prizmasından yanaşan xarici dövlətlərin elm və təhsil, media sahələrinin atdığı bu yanlış addım bəzən qəsdən deyil, sırf təbliğatın zəifliyindən, məlumatın azlığından qaynaqlanır. Bütün bu neqativ ünsürlərin həllinə yardımçı vəsait olaraq Səfəvi hökmdarları barədə lakonik, lakin məzmun və mahiyyət etibari ilə maarifləndirici xarakter daşıyan bu əsər olduqca mühüm əhəmiyyət daşıyır. Azərbaycan Səfəvi xanədanına məxsus hökmdarlar barədə 2 dildə avtobioqrafik məlumatları və rəngli şəkilləri özündə ehtiva edən kitabın ən böyük spesifik xüsusiyyəti ondan ibarətdir ki, orada təkcə Səfəvi hökmdarları geniş təsvir edilmir, eyni zamanda onların şəkilləri təqdim edilir, eləcə də dövlərinə aid bayraqlar və sikkələrin, xəritələrin təsvirlərinə də geniş yer ayrılır”. Təqdimat mərasimində çıxış edənlər tariximizin öyrənilməsi, onun gənc nəslə çatdırılması baxımından bu kimi kitabların işıq üzü görməsinin cavibliyini bildiriblər.

Qeyd edək ki, kitab Prezident QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə nəşr edilib.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər