Bu gün Qaradağ rayonunun Sahil qəsəbəsində Gənclər və İdman Nazirliyinin sifarişi ilə tikilmiş “Gənclər evi” istifadəyə verilib.
Teleqraf.com-un xəbərinə görə, 2013-cü ildə tikintisinə başlanılmış “Gənclər evi” 3 mərtəbə və zirzəmidən ibarətdir. Mərkəzin zirzəmisindəki 6 otaqda xalçaçılıq və toxuculuq dərnəyi, kompüter qrafikası kursu fəaliyyət göstərir.
Mərkəzin 1-ci mərtəbəsində Gənclər və İdman İdarəsinin inzibati iş otaqları, gənclərin intellektual klubu, sərgi salonu, Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin foto guşəsi yerləşir.
Mərkəzin 2-ci mərtəbəsində internet klub, texnika və ixtiraçılar klubu, vətənpərvərlik klubu, karyera mərkəzi, istedadların hazırlığı laboratoriyası, şahmat və musiqi dərnəyi fəaliyyət göstərir. 3-cü mərtəbədə isə videostudiya, gənclər üçün "qaynar xətt" xidməti təşkil olunub. “Gənclər evi” müdriyyətinin inzibatı otaqları da burada yerləşir.
Qeyd edək ki, mərkəzin tikintisi 2015-ci ilin may ayında başa çatıb.
İlhamə