30 Dekabr 2015 15:53
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovun vəzifədən getməsi ilə bağlı xəbərlər yayılıb.

İ.İsrafilov Teleqraf.com-a açıqlamasında yayılan məlumatın düzgün olmadığını deyib: “Bu, doğru məlumat deyil. İşdəyəm, işimin başındayam. Nazirin bu barədə əmri var? Yoxdur. Teatr Mədəniyyət və Turizm Nazirliyinin qurumudur. Qurumun direktoru vəzifəsini də nazirlik təyin edir. Belə yalan xəbərləri kim yayır, bilmirəm. Bu cür xəbərlər kimə lazımdır?”

Mətbuatda İ.İsrafilovun Mədəniyyət və Turizm Nazirliyi ilə bağladığı müqavilənin sona çatdığı bildirilib.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər