Azərbaycanın Afrika və Latın Amerikasındakı bir sıra səfirlikləri bağlana bilər.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Trend-ə bildirib ki, bu məsələyə hökumət tərəfindən ciddi şəkildə baxılır:
"Hazırda dünya enerji bazarında cərəyan edən tendensiyaların fonunda işin optimallaşdırılması məqsədilə qeyd olunan məsələyə də hökumət tərəfindən ciddi şəkildə baxılır”.