Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası qarlı hava şəraitində işləməyə tam hazırdır.
Stansiyanın baş həkiminin müavini Oqtay Şahmalıyev Publika.az-a açıqlamasında proqnozlaşdırılan soyuq və çovğunlu hava şəraiti ilə əlaqədar yarana biləcək problemlərin qarşısını almaq üçün da hazırlıq işlərinin görüldüyünü deyib: “Təcili yardım hər zaman gücləndirilmiş iş rejimində çalışır. Hazırda 140 maşın əhaliyə xidmət göstərir. Qarlı və şaxtalı hava şəraitində çağırışların artacağını nəzərə alaraq bu maşınlar qış rejiminə uyğun xüsusi maşınlarla əvəz edilib. Maşınlarda qış mövsümünə uyğun şinlərdən istifadə edirik”.