1 Yanvar 2016 01:35
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni ilə qədəm qoyulan ərəfədə WhatsApp proqramında problem yaşanıb.

Musavat.com Reuters agentliyinə istinadən xəbər verir ki, problem avropa ölkələri, ümumilikdə bütün dünyada yaşanıb.

Şirkətin rəsmi saytında, Twitter və Facebook səhifələrində heç bir məlumat verilməyib.

“Reuters” agentliyinə danışan WhatsApp sözçüsü problemin yaşandığı ilə bağlı iddiaları qəbul edib və proqramın servisində gedən işlərlə əlaqəli olduğunu bildirib.

Sözçü “Bu gün bir çox insanlar mesaj göndərmək və qəbul etməkdə problem yaşayıb. Bununla əlaqədar olaraq servisdə yeniləmə işlərinə başladıq, problemin aradan qaldırılmasına çalışırıq” deyə qeyd edib.

Qeyd edək ki, problem artıq aradan qaldırılıb.


Müəllif: