3 Yanvar 2016 19:38
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güclü qar çovqunu, Beyləqan şəhər stadionunun azarkeşlər üçün nəzərdə tutulan sektorunun çardağının uçmasına səbəb olub.


APA-nın Qarabağ müxbiri xəbər verir ki, 1500 yerlik tribunanın çardağı tamamilə uçub.


Beyləqan Rayon İcra Hakimiyyəti Fövqəladə Hallar Komissiyasının sədri Telman Məsdanov APA-ya stadionun dekabrın 25-dən təmirə dayandırıldığını deyib.


“Beyləqan şəhər stadionu uzun illər baxımsız vəziyyətdə olub. 2014-cü ilin iyun ayında daxili imkanlar hesabına təmir işləri aparıldı. Ötən ilin sonunda dam örtüyündə yaranan nasazlıq səbəbindən, yenidən təmir işlərinə başlandı. Ötən gün axşam saatlarında isə qar çovğunu dam örtüyünün uçmasına səbəb olub. Fəsadları aradan qaldırırıq , yenidən təmir işləri aparılır”, - deyə o bildirib.


Müəllif: