3 Yanvar 2016 23:29
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sınıq Körpü" sərhəd-keçid məntəqəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətində heç bir çətinlik yoxdur.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında yerləşdirilib.

Məlumatda deyilir ki,, bəzi kütləvi informasiya vasitələrində Gürcüstanda hökm sürən kəskin hava şəraiti ilə əlaqədar Gürcüstan-Azərbaycan sərhədində nəqliyyatın hərəkətinin məhdudlaşdırılması barədə məlumat yayılıb: "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Gürcüstanda olan həmvətənlərimizin diqqətinə çatdırır ki, “Sınıq Körpü” sərhəd-keçid məntəqəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətində heç bir çətinlik yoxdur. “Mazınçay” sərhəd-keçid məntəqəsində isə Loqodexi rayonu istiqamətində qar yağması ilə bağlı avtomobil yollarında çətinliklər yaranmışdır. Nəqliyyatın maneəsiz hərəkətini təmin etmək üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən bu ərazidə xüsusi xilasetmə qrupu yaradılmışdır".

Azərbaycan vətəndaşlarına tövsiyə olunur ki, yolda çətinliklə üzləşdikləri zaman Gürcüstanın müvafiq qurumları (112) ilə yanaşı FHN-in (+99412)5123915 nömrəli qaynar xəttinə müraciət etsinlər.


Müəllif: