4 Yanvar 2016 09:02
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərenerji" ASC bu il “Şimal” elektrik stansiyasında ikinci qaz-buxar enerji blokunu istismara verməyi planlaşdırır.

Bunu Trend-ə ASC-dən deyiblər.

Qurğunun tikintisi uğurla davam edir və işin böyük hissəsi artıq başa çatıb. ASC-dən bildiriblər ki, işlər qrafikə uyğun gedir: "Qurğunun 2016-cı ildə istismara veriləcəyi gözlənilir".

İkinci qaz-buxar qurğusunun gücü 409 meqavat təşkil edəcək. Hazırda "Şimal" elektrik stansiyasında 400 meqavat gücündə bir qaz-buxar qurğusu var.


Müəllif: