4 Yanvar 2016 12:22
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağıstanın Xəzər sahillərində itkin düşən bütün balıqçılar xilas edilib. APA-nın xəbərinə görə, bu barədə Dağıstan Fövqəladə Hallar Nazirliyi Baş İdarəsinin məlumatında deyilir.

“Mi-8 helikopteri hadisə yerində olub və üzən buz kütləsi üzərindəki 8 nəfəri xilas edib”, - deyə məlumatda qeyd edilib. Balıqçılar xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, daha əvvəl Dağıstan Fövqəladə Hallar Nazirliyi iki qayıqda olan 8 balıqçının Xəzərdə köməksiz vəziyyətdə qalması barədə məlumat yaymışdı.


Müəllif: