4 Yanvar 2016 22:33
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən daha ikisinin meyiti Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən Teleqraf.com-a verilən məlumatda qeyd olunur.

Məlumat daxil olduqdan sonra cəsədlərin gətirilməsi üçün bu gün səhər Türkmənistana yola düşən FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsi geri qayıdıb.

Neftçilər Quliyev Əzizağa Nöhbala oğlu və Abdullayev Adil Ələkbər oğlunun nəşləri Vətənə gətirilmiş və aidiyyətı üzrə təhvil verilib.


Müəllif: