4 Yanvar 2016 23:24
538
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

Musavat.com-un məlumatına görə, metronun “Xalqlar dostluğu” stansiyası yaxınlığında taksi sürücüsü, 30 yaşlı Həmdulla Ağayev naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.

Hadisə barədə Nizami Rayon Polis İdarəsinin 24 cü Polis Bölməsinə məlumat verilib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin axtarışları davam edir.


Müəllif: