5 Yanvar 2016 14:14
426

Səhiyyə naziri Oqtay Şirəliyev yanvarın 6-da Ucar Rayon Mərkəzi Xəstəxanasında Ucar, Göyçay, Ağdaş, Ağsu və Zərdab rayonlarından olan vətəndaşları qəbul edəcək.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, qəbulda sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Ucar Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

Naibə QURBANOVA


Müəllif: