6 Yanvar 2016 17:51
462

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni – 2016-cı ilin ilk üç ayı üçün nəzərdə tutulmuş repertuar planı təsdiq edilib.

Teatrdan Teleqraf.com verilən məlumata görə, teatrda ilk üç ay ərzində “Yalqız Qərb”, “Gözəllik kraliçası”, “Hasarın o üzü”, “Buzovna kəndinin əhvalatları”, “Pəri Cadu”, “Xortdanın cəhənnəm məktubları”, “Mən gəldim qızlar” (“Müharibə”), “Sarıköynəklə Valehin nağılı”, “Müsyö Jordan və dərviş Məstəli şah”, “Romeo və Culyetta”, “III Riçard”, “Ağ ölüm”, “Şeyx Sənan”, “İtalyansayağı xoşbəxtlik” tamaşaları nümayiş etdiriləcək.

Teatr öz yaşlı tamaşaçılarını da unutmayıb. 3 ay ərzində balacalar “Buratinonun macəraları”, “Çəkməli pişik”, “Dörd əkizin nağılı”, “Qoğalın nağılı”, “Tıq-tıq xanım”, “Yatmış gözəl”, “İncəbel və div”, “Dovşanın ad günü”, “Əlibaba və qırx quldur”, “Qırmızı papaq”, “Dəcəl keçi”, “Şahzadə Xəzərin nağılı”, “Balaca və damda yaşayan Karlson”, “Çirkin ördək balası”, “Qaraca qız” tamaşalarını izləyə biləcəklər.

20 yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş “Mənim ağ göyərçinim”, Xocalı soyqırımı və 31 mart Azərbaycanlılarının soyqırımı ərəfəsində “Arzu və Murad” tamaşaları göstəriləcək.

Bu müddət ərzində teatrda 2 yeni tamaşanın premyerasının nümayişi də nəzərdə tutulur. Belə ki, mart ayının əvvəlində İtalyan dramaturqu Karlo Qaldoninin “Mehmanxana sahibəsi” və Rus xalq nağılı “Möcüzəli turpun nağılı” tamaşalarının premyerası nümayiş etdiriləcək.

Nərmin


Müəllif: