7 Yanvar 2016 09:20
1 063
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Baku” jurnalının baş redaktoru Leyla Əliyeva “İnstagram”da yeni şeirini paylaşıb.

Teleqraf.com həmin şeiri təqdim edir:

Qarışdırdım yuxumu...

Gördüm ki, balıqlar da quşlar kimi uçurlar.

Ayılıram... Sən yoxsan.

Bilirsənmi, yoxluğun,

Görünəcək hər zaman... Qar basıbdır həyəti.

Qar dondurub ruhumu.

Yanımda sən olsaydın,

Bunu sənə deyərdim.

Sənsə bir baxışınla

Qovardın qəm-qüssəni.

Yanımızda olsaydın,

Əvəz edərdin həmən

Qardan, soyuqdan qaçıb,

Gizlənən o Günəşi.

Şəfəq saçan Günəşə

Buludlar pərdə olmaz,

Biz də elə bilirdik,

Çöhrən heç zaman solmaz.

Günəş qüruba dalmaz.

Derlər, zaman- təbibdir,

Neynək... zamana əhsən!

Amma ki, arzuları

Bəzəyib, dəyişməyə,

Izn vermərəm aman,

Qadir deyildir zaman.

Sən də şəfa verirdin,

Balaca nəvələrə.

İndisə vaxt dəyişib.

Zaman təbibsə əgər,

Əlac etsin kədərə.

Torpağın üzü soyuq,

Həsrətik sənin isti,

Mehriban gülüşünə.

Sənin o gülüşlərin,

Zarafatların yaşar.

Gözlərin yumuldusa,

Bizsiz olan səhərin

Cənnətlə bir açılar.

Sən bizi qoyub getdin

Məkanın behişt olsun!

Göydəki ulduzun da,

Parlasın, hey parlasın,

Gecəmizə nur saçsın!

Rüstəm


Müəllif: