7 Yanvar 2016 15:27
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nərimanov və Nizami rayonlarında su kəsilməsi təxirə salınıb.

Azərsu ASC-dən Teleqraf.com-a verilən xəbərə görə, Bakı şəhəri Heydər Əliyev prospektindən keçən magistral su xətlərinin yerinin dəyişdirilməsi işləri texniki məsələlərlə bağlı təxirə salınmışdır.

Bununla əlaqədar 07 yanvar 2016-cı il tarixdə Sabunçu və Nərimanov rayonlarının Böyükşor gölü ətrafı, eləcə də Nizami rayonunun Mikayıl Əliyev və Çobanzadə küçələri boyu ərazilərin içməli su təchizatı dayandırılmayacaq.

NİGAR


Müəllif: