9 Yanvar 2016 17:21
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın xalq şairi, ictimai xadim, Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub vəfat edib.

Teleqraf.com-un məlumatına görə, bir neçə ildir böyrək çatışmazlığından əziyyət çəkən şair bu gün dünyasını dəyişib.

Z.Yaqub 1950-ci il yanvarın 21-də Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub. 1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kitabxanaçılıq fakültəsini bitirib.

1973-cü ildən 1978-ci ilə qədər "Azərkitab" sistemində, "Kitab pasajı" adlı kitab dükanında satıcı, baş satıcı, şöbə müdiri, 1975-ci ildən 1985-ci ilə qədər Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində təbliğat şöbəsində redaktor, şöbə müdiri, 1987-ci ildən 1994-cü ilə qədər "Yazıçı" nəşriyyatında poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb.

1995-2005-ci illərdə Milli Məclisin deputatı olub.

2005-ci ildə "Azərbaycanın xalq şairi" fəxri adına layiq görülüb.

2008-ci il avqustun 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib.


Müəllif: