7 İyun 2014 15:15
1 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Bakıda "avtoş"luq edən avtobus sürücüsü bu gün həbs olunub.

Teleqraf.com xəbər verir ki, Avtosfer.az-ın əldə etdiyi məlumata görə, videodan da görünür ki, avtobus sürücüsü heç nəyə məhəl qoymadan qarşı yola çıxır və körpünün altında təhlükəli manevr edir. Bu hadisə avtobusda sərnişinlərin də olduğu bir vaxtda baş verir. Açıq aşrkar avtoxuliqanlır edərək təhlükəli manevrlər edən sürücü bir qədər əvvəl həbs olunub. Avtosfer.az saytının məlumatına görə, hazırda həmin sürücü Nizami rayon Dövlət Yol Polisi Şöbəsindədir. Az sonra onun sənədləri və tərtib olunan inzibati protokol Nizami rayon Məhkəməsinə təqdim olunacaq. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumatı təsdiq edib.

Qeyd edək ki, bu əməllərə görə sürücünü 1 aya qədər inzibaati həbs cəzası gözləyir.

Onu da qeyd edək ki, videoda görsənən 10 TF 875 dövlət nömrə nişanlı 81 nömrəli marşrut avtobusu "Transqeyt" şirkətinə məxsusdur. Marşurut avtobusunun sürücüsü sərnişinlərin həyatı ilə beləcə oynayır.


Müəllif: