10 Yanvar 2016 22:10
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Təəssüf ki, Azərbaycan xalqı Zəlimxan müəllim kimi insanı itirdi. Xalqımızın başı sağ olsun. O, hamımızın əzizi idi. Cismən aramızdan ayrıldı, amma ruhən bizimlə yaşayacaq".

Bu sözləri Teleqraf.com-a Xalq artisti Gülyanaq Məmmədova bildirib. Müğənni Xalq şairi Zəlimxan Yaqub haqqında danışaraq göz yaşlarını saxlaya bilməyib.

O, şairin ölümünə inana bilmədiyini deyib: "Zəlimxan müəllim kimi insanı itirmək hər birimizə çətindir. O, gözəl ata, ailə başçısı və gözəl sənətkar idi. Onun haqqında nə qədər danışsaq, azdır. Sonuncu dəfə "Könül dünyamız" verilişində görüşmüşük. Orada onun "Nə yaman torpaqın üzü soyuqdur, İnsana torpaqdan yaxın dost yoxdur" misraları ilə başlayan şeirini səsləndirdim. Zəlimxan müəllimin ölümünə çox üzüldüm".

Rəqsanə


Müəllif: