12 Yanvar 2016 13:51
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

ASAN xidmət mərkəzlərində qazlaşdırma ilə bağlı texniki şərtlərin verilməsinə başlanılıb.

Bu barədə Teleqraf.com-a “Azəriqaz” İB-dən məlumat verilib.

İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə yanvarın 1-dən etibarən qazlaşdırma ilə bağlı texniki şərtlərin veriliməsini Azərbaycan Respublikası Prezidentiyanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi-ASAN xidmət mərkəzlərində həyata keçirməyə başlayıb. Bundan sonra texniki şərtlərin verilməsi yalnız 1, 2, 3, 4 və 5 saylı ASAN xidmət mərkəzləri tərəfindən həyata keçiriləcək.

Abonentlərin keyfiyyətli, təhlükəsiz və fasiləsiz təbii qazla təmin olunması, onlara göstərilən xidmət səviyyəsinin durmadan yaxşılaşdırılması istiqamətində Birlik tərəfindən bundan sonra da yeniliklər həyata keçiriləcəkdir.


Müəllif: