12 Yanvar 2016 16:55
494
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işsiz və işaxtaran vətəndaşların aktiv məşğulluq tədbirləri vasitəsilə səmərəli məşğulluğunun təminatı istiqamətində ötən il də məqsədyönlü işlər aparılıb. Hesabat dövründə Xidmət tərəfindən 29 min nəfər işsiz və işaxtaran vətəndaş münasib iş yerləri ilə təmin olunub.

Ötən il işsiz və işaxtaran vətəndaşların əmək bazarına çıxışının asanlaşdırılması üçün onların əmək bazarında rəqabətə davamlı peşələrə yiyələnmələrinin təmin edilməsi də diqqətdə saxlanılıb. Bu dövrdə ümumilikdə 4147 nəfər şəxs kompüter istifadəçisi, bərbər, qaynaqçı, tikişçi, qənnadçı, mebel quraşdırıcısı, dərzi və s. peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub. Dövlət Məşğulluq Xidmətinin Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərindəki Əmək birjaları vasitəsilə əhalidən və ayrı-ayrı iş adamlarından qəbul edilmiş sifarişlər əsasında 4117 nəfər şəxs müvəqqəti xarakterli işlərlə təmin edilib.

İdarə, müəssisə və təşkilatlarla bağlanmış müqavilələr əsasında 1626 nəfər vətəndaş haqqı ödənilən ictimai işlərə göndərilib. Ötən il düzgün peşə seçmələrinə köməklik məqsədilə 114569 nəfər gəncə peşəyönümü məsləhətləri verilib.

Naibə QURBANOVA


Müəllif: