13 Yanvar 2016 13:44
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşən və Xəzər dənizinin Türkmənistan sektorunda meyiti tapılan neftçi Qasımov Mübariz Dilqəm oğlu dəfn olunub.

M.Qasımovun cənazəsi Tovuz rayonununun Aşağı Mülkülü kənd qəbirstanlığında torpağa tapşırılıb. Dəfn mərasimində SOCAR-ın və Tovuz Rayon İcra Hakimiyyətinin rəsmiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib./report.az


Müəllif: