Gəncədə Heydər Əliyev parkı ərazisində iməcilik təşkil olunub.
Teleqraf.com Kəpəz TV-yə istinadən məlumat verir ki, şəhərin idarə, müəssisə və təşkilatlarının kollektivlərinin qatıldığı iməcilikdə park ərazisində səliqə-səhman yaradılıb, yaşıllıqlara qulluq göstərilib. Ərazidə mövcud olan tinglərə su verilib, irigövdəli ağaclar budanıb, dibləri bellənib.
İməcilik zamanı sözügedən ərazi məişət tullantılarından təmizlənib.
Qeyd edək ki, iməciliyə səhər saatlarından start verilib və günorta yekunlaşıb.