15 Yanvar 2016 01:36
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ETS və College Board təşkilatları ilə birlikdə SAT imtahanlarını keçirməsinin bir ili tamam olub.

Komissiyadan Teleqraf.com-a bildiriblər ki, 2014-cü ilin sonunda ABŞ-ın ETS (Educational Testing Service - Təhsildə Qiymətləndirmə Xidməti) təşkilatının dəstəyi ilə “College Board” - Ali təhsilə qəbul Şurası tərəfindən hazırlanan SAT imtahanının test mərkəzi kimi TQDK-nın qeydiyyata alınması əməkdaşlıq razılaşması ilə əldə edilib. Bu razılaşmaya əsasən, SAT-ın məlumat sistemində TQDK 60129 kod nömrəsi ilə qeydiyyata alınıb. SAT imtahanını TQDK test mərkəzində vermək istəyənlər qeydiyyat zamanı bu kod vasitəsilə Komissiyanın test mərkəzinin axtarışını edə bilərlər. SAT nəticəsini TQDK-ya təqdim etmək istəyənlər (hazırda yalnız “ADA” Universitetinə qəbul olunmaq üçün nəzərdə tutulur) “College Board”un SAT ballarını qəbuletmə sistemində Komissiyanın bal qəbuletmə kodunu 7876 kimi qeyd etməlidirlər.

Diqqətə çatdırılır ki, cari ilin mart ayından sonra SAT imtahanının yeni qiymətləndirmə strukturu və bal şkalası tətbiq olunmağa başlayacaq. Mart ayından əvvəlki imtahanlarda maksimum bal 2400 olduğu halda, yeni tətbiq ediləcək qiymətləndirmə mexanizminə görə maksimim bal 1600 olacaq. SAT imtahanı ilə bağlı tətbiq edilən yeniliklər haqqında daha ətraflı məlumatı bu keçiddən əldə etmək mümkündür:

SEVİL


Müəllif: