15 Yanvar 2016 00:52
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkənin 12 bölgəsi üzrə keçirilən diaqnostik qiymətləndirməyə dəvət olunmuş 25 989 nəfərdən 25 693-ü (98,86 faiz) imtahanda iştirak edib.

Təhsil Nazirliyindən verilən məlumata görə, onların təxminən 1 faizi müvafiq keçid balını toplaya bilmədikləri üçün qiymətləndrimədən keçməyib. Əməkhaqqı artımı diaqnostik qiymətləndirmədən keçən 25 431 müəllimə (qiymətləndirmədə iştirak edən müəllimlərin 99 faizi) şamil ediləcək.

Əməkhaqqı artımının məbləği müəllimin dərs yükündən, pedaqoji fəaliyyət üzrə stajından, ali və ya orta ixtisas təhsilli olmasından, sinif rəhbəri və fəxri adının olub-olmamasından və digər bir neçə meyardan asılıdır. Bu meyarlara uyğun olaraq, əməkhaqları 30-40 faiz artırılacaq.

Qeyd edək ki, müxtəlif səbəblərə görə qiymətləndirmədə iştirak edə bilməyən və işə yeni qəbul olunan müəllimlərin diaqnostik qiymətləndirilməsinin 2016-cı il ərzində keçirilməsi nəzərdə tutulur.

Növbəti mərhələdə isə respublikanın bütün şəhər və rayonlarında müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılacaq.

NİGAR


Müəllif: