15 Yanvar 2016 16:03
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mənzil-kommunal sahəsində formalaşmaqda olan yeni münasibətlərə uyğun olaraq, 2015-ci ildə 9 Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti (MMMC) qeydiyyatdan keçib.

Bu barədə Teleqraf.com-a İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bununla da, dövlət qeydiyyatına alınmış mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin sayı 18-ə çatıb. Hazırda İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Bakı, Sumqayıt, Xırdalan və Mingəçevir şəhərində yerləşən çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqi, yeni MMMC-nin yaradılması ilə bağlı müvafiq təşkilati işlər həyata keçirilir.

Naibə QURBANOVA


Müəllif: