17 Yanvar 2016 08:34
485
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulda proqnozlaşdırılan qeyri-sabit hava şəraiti ilə əlaqədar “Türk Hava Yolları”nın yanvarın 17-nə nəzərdə tutulan İstanbul-Bakı və Bakı-İstanbul aviareysləri təxirə salınıb.

APA-nın xəbərinə görə, “Türk Hava Yolları”nın rəsmi saytında dərc edilmiş məlumatda bildirilir ki, yerli vaxtla saat 06:10-da İstanbul-Bakı və 20:55-də Bakı-İstanbul marşrutu üzrə planlaşdırılan aviareyslər təxirə salınıb.

Qeyd edək ki, fırtınalı hava şəraiti ilə əlaqədar İstanbulda onlarla aviareys təxirə salınıb.


Müəllif: