17 Yanvar 2016 10:05
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda geyim mağazası qarət edilib. Mağazaya daxil olan qadın bahalı xəz palto oğurlayıb. Oğurluq müşahidə kameralarına düşüb. Hadisə günorta saatlarında Nizami rayonundakı mağazalardan birində olub.

Teleqraf.com xezerxeber-ə istinadən xəbər verir ki, Brend malların satıldığı mağazaya daxil olan qadın paltarlara baxır.

Vitrindəki bahalı şubalara baxan təxminən 25-30 yaşlı qadına satıcılardan biri yaxınlaşıb kömək etmək istəyir.

Amma qadın özü istədiklərini götürərək geyinib-soyunma otağına girir və bir müddət sonra oradan çıxır.

O, siqnalizasiya daşını başqa paltarın cibinə qoyarkən əvvəlcə ətrafa göz gəzdirir. Belə məlum olur ki, naməlum qadın dəyəri 1500 manat olan kiçik xəzi paltarının altında gizlədib çıxır.

Hadisə ilə bağlı mağaza sahibi Nizami rayon polis idarəsinə məlumat verib. Görüntülər əsasında onun saxlanılması istiqamətində əməliyyat keçirilir.


Müəllif: