17 Yanvar 2016 15:26
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 19-da Milli Məclisin növbədənkənar iclası keçiriləcək.

Bu barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü , millət vəkili Vahid Əhmədov deyib. Növbədənkənar iclasda əmanətlərin sığortalanması məsələsinin müzakirə olunacağı gözlənilir.

Millət vəkilinin sözlərinə görə, əgər təkliflər qəbul edilərsə, əmanətlərin qorunması limitsiz ola bilər. “Hazırda isə 30 min manata qədər olan əmanətlər qorunur. Amma bizim təklifdə qeyd edilir ki, o limit götürülsün və banklarda istənilən qədər əmanətlər qorunsun”.

2015-ci il fevralın 24-dən etibarən isə qorunan əmanətlər üzrə faiz dərəcəsinin maksimum həddi 9%-dən 12%-ə qaldırılıb. Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin diqqətinə çatdırır ki, hər bir sığorta hadisəsinə görə qorunan əmanətçinin qorunan əmanətinə ödənilməli olan kompensasiya məbləği 30 000 manat təşkil edir. Əmanətçilər əmanətlərinin sığortalanması üçün heç bir ödəniş etmir.

V.Əhmədov onu da əlavə etdi ki, növbədənkənar iclasda büdcəyə yenidən baxılarsa, neftin qiymətinin 30 dollardan hesablanması təklifi ilə çıxış edəcək. Son vaxtlar neftin qiymətinə yenidən baxılması və əmanətlərin qorunması məsələsi müzakirə mövzusuna çevrilib. Hazırda dövlət büdcəsində neftin qiyməti 50 dollardan götürülüb. /ANS PRESS/


Müəllif: