18 Yanvar 2016 01:54
433
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qusarda süni qiymət artımına qarşı fəaliyyət göstərən daimi komissiya yaradılıb.

Bu barədə rayon icra hakimiyyətində devalvasiyadan sonra baş verən qiymət artımı, bununla əlaqədar əhali arasında yaranan narahatlıqla bağlı keçirilən yığıncaqda məlumat verilib.

AZƏRTAC xəbər verir ki, yığıncağa rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar dəvət olunub, geniş fikir mübadiləsi aparılıb. Görüşdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov milli valyutanın devalvasiyası və bununla əlaqədar baş verən süni qiymət artımı halları haqqında danışıb, ölkə rəhbərliyinin, eləcə də rayon icra strukturlarının belə mənfi hallara qarşı həyata keçirdiyi qabaqlayıcı tədbirlər haqqında məlumat verib.

Süni qiymət artımına qarşı müvafiq tədbirlərin görülməsi üçün daimi komissiyanın yaradıldığını deyən icra başçısı qeyd edib ki, bu sahədə baş verən hadisələr icra orqanlarının diqqət mərkəzindədir.

Yığıncaqda son günlər bir sıra bölgələrdə baş verən mənfi hallar və birgə tədbirlərin davam etdirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.


Müəllif: