18 Yanvar 2016 09:26
437
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ay ərzində Azərbaycanın dövlət sərhədini pozduqları üçün 31 halda 48 nəfər saxlanılıb.


Teleqraf.com Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəziə istinadən xəbər verir ki, saxlanılanların 21 nəfəri Azərbaycan, 13 nəfəri Banqladeş, 5 nəfəri Özbəkistan, 4 nəfəri İran, hər ölkədən bir nəfər olmaqla Rusiya, Qırğızıstan, Pakistan, Tacikistan, Moldova vətəndaşları olub.

Sərhəd rejim qaydalarını pozduqlarına görə, Xəzər dənizində 5 halda 5 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.


Cinayətkarlğa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Res­pub­likasının hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 399 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.


Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 13 halda 13 kiloqram 123 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.


Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində 71 halda ümumi dəyəri təqribən 932 min manat olan qaçaqmal, o cümlədən 1 ədəd beşaçılan tüfəng, 26 ədəd 12 mm-lik patron, 2 ədəd beşbarmaq, 20 020 ABŞ dolları, 14 ədəd mobil telefon, 1 ədəd durbin, 10 444 qutu siqaret, 11 121 ədəd pirotexniki vasitə, müxtəlif dərman preparatları, ərzaq və sənaye malları saxlanılıb.


Müəllif: