18 Yanvar 2016 11:07
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsinə start verilib.

QSC-dən verilən məlumata görə, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Yeni layihənin icrasına oktyabr ayının sonlarında başlanılıb.

Yanvar 18-də Alabaşlı-Şəmkir mənzilində 8,6 km yolun əsaslı təmirinə başlanılır. Təmir işləri bir həftə davam edəcək.

Əsaslı təmir işlərinin yeni yaradılmış 11 saylı “İxtisaslaşmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. Artıq səhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb.

Qeyd edək ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.

Yeni layihənin icrasına oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 40 km dəmir yolu əsaslı təmir olunub.

İLHAMƏ


Müəllif: