19 Yanvar 2016 09:20
524
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin və qaçaqmalçılığın qarşısının alınması istiqamətində fəaliy­yətlərini uğurla davam etdirirlər. Sərhədçilərimizin sayıqlığı sayəsində növbəti dəfə külli miqdarda narkotik vasitənin ölkəmizə gətirilməsinin qarşısı alınıb.

Teleqraf.com Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinə istinadən xəbər verir ki, 16 yanvar 2016-cı il tarixdə saat 01:00 radələrində Füzuli rayonunun Bala Bəhmənli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində nəzarətedici vasitələrə baxış keçirən sərhəd naryadı tərəfindən nəzarət iz zolağında sərhəd pozucularına məxsus iz aşkar edilib. Horadiz sərhəd dəstəsinin və sərhəd zastavasının ehtiyyat qüvvələri tərəfindən həyata keçirilən sərhəd axtarışı tədbirləri nəticəsində Füzuli rayon sakinləri Əsədov Səyyad Müzəffər oğlu və Məhərrəmov Vilayət Ziyad oğlu saxlanılıblar. Onların üzərində külli miqdarda narkotik maddə olan 2 kq həşiş, 1 kq 140 qram marixuana, 25 qram heroin və 30 qram tiryək aşkar olunaraq götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onlarla cinayət əlaqəsində olan Füzuli rayon sakinləri Məmmədov Elvin Allahverdi oğlu, Əhmədov Eloğlan Seyfi oğlu və Abdullayev Murad Akif oğlu müəyyən­ləşdirilərək saxlanılıblar.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Müəllif: