9 İyun 2014 12:21
1 303
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakı Dövlət Universiteti “Media və təhsil dialoqu: yeni çağırışlar” mövzusunda praktik konfrans öz işinə başlayıb. Tədbirdə Təhsil Nazirliyinin əməkdaşları, ali təhsil müəssisələrinin mətbuat əlaqələndiriciləri, media qurumlarının rəhbərləri, jurnalistlər iştirak edir.

Teleqraf.com xəbər verir ki, konfrans 2 paneldən ibarətdir. “Təhsildə media təfsilatı” mövzusundakı birinci panel Bakı Dövlət Universitetində keçirilir. Burada Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov və Təhsil Nazirliyinin vebmasteri Mehman Şəfaqətov “Təhsil Nazirliyinin media ilə əməkdaşlıq təcrübəsi” mövzusunda məruzə ilə çıxış edib.

Müzakirələrdən sonra tədbir “Krizis kommunikasiyada media” mövzusunda Bakı Dövlət Universitetinin kafedra müdiri Aynur Kərimovanın məruzəsi ilə davam etdiriləcək.

Konfransın ikinci paneli Azərbaycan Dövlət İqtisad Universitetində keçiriləcək.

Konfransın “Media və təhsil dialoqu” mövzusunda müzakirələrlə başa çatdırılması planlaşdırılıb.

Sevil


Müəllif: